AZ

“Prezident dedi ki, müflis olmuşam, daha komandanı saxlaya bilmirəm“

“Quba” maddi problemlərlə üzləşib.
Bu haqda II Liqa klubunun «feysbuk» sosial şəbəkəsi vasitəsi ilə ictimaiyyətə ünvanladığı müraciətdə bildirilir
«Yol xərclərini qarşılaya bilmirik, komandanın elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkirik. Uşaqlar aylarla əziyyət çəkdi, çoxu heç nə gözləmədən oynadı. Sadəcə Quba üçün, bu komandanın adı üçün çıxış etdi. Hamı oyuna çıxmaq,döyüşmək istəyir. Amma bəzən istəmək kifayət etmir. Biz bu vəziyyətə gəlib çatmışıq. Ona görə sizə müraciət edirik. Açıq və səmimi.
Kim nə qədər bacarırsa. Hətta çox kiçik bir məbləğ də bizim üçün böyük dəstəkdir. İnanın, bəzən xırda bir kömək belə, böyük problemi həll edir. Sadəcə baxıb keçməyin. Bu komanda hamımızındır. Bu gün bizə dəstək olmasaq, sabah gec ola bilər.
İstəyirik ki, oyuna çıxaq. İstəyirik ki, bu komanda yaşasın.
Kart nömrəsi:
4449 9451 0110 7909"
"Quba"ın bir neçə oyunçusu mövcud problemlə əlaqədar saytımıza müraciət edib. Redaksiyamızla əlaqə saxlayan futbolçular Ayaz Abdullayevin yaxınlarda prezident postundan ayrıldığını, ondan sonra komandanın vəziyyətinin tamamilə pisləşdiyini bildiriblər: "O, "votsap"dakı qrupda yazıb ki, daha pulum qalmayıb, klubu saxlaya bilmir. Müflis olduğunu deyir. Ayaz Abdullayev orada qeyd eləyib ki, heç kim "Quba"ya kömək etmək istəmir, Bu, doğrudan da, belədir. Neçə vaxtdır məşq keçmirik. Oyun günü oradan-buradan yığışıb, meydana çıxırıq. Qubadan bir kimsə bizimlə maraqlanmır. İcra Hakimiyyəti, yerli iş adamları rayonun komandasına çox biganə münasibət göstərir. Sahibsiz komandayıq. İndiyədək öz cibimizdən pul verib, müəyyən xırda-mıra problemləri həl eləmişik ki, "Quba" çempionatdan yarımçıq çıxmasın. İndi artıq buna da gücümüz çatmır. Onsuz da, mövsümün əvvəlində yığılan heyətdən demək olar heç kim qalmayıb. Pulunu ala bilməyən uşaqların çoxu çıxıb gedib. Qış fasiləsindən sonra da 13-14 nəfər buradan ayrılıb. Baş məşqçimiz İsmayıl Məmmədov idi, o da pul olmadığından qalmadı. İndi nə edəcəyimizi bilmirik. Vəziyyət dözülməzdir. Komandanın tamamilə dağılmasına bir şey qalmayıb".

SPORTİNFO.AZ

Seçilən
52
sportinfo.az

1Mənbələr