AZ

Azərbaycan klubu səfərə getməyə pul tapmır

Azərbaycan II Liqasında çıxış edən “Quba” futbol klubu maddi problemlərlə üzləşib.

Publika.az xəbər verir ki, bu haqda klubun "facebook" sosial şəbəkəsi vasitəsi ilə ictimaiyyətə ünvanladığı müraciətdə bildirilir:

“Bu gün “Araz Saatlı” ilə oyuna çıxmalı idik. Amma açıq deyək, bu oyuna çıxmağımız ciddi sual altındadır. Səbəb hamıya bəllidir.

Yol xərclərini qarşılaya bilmirik, komandanın elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkirik. Uşaqlar aylarla əziyyət çəkdi, çoxu heç nə gözləmədən oynadı. Sadəcə Quba üçün, bu komandanın adı üçün çıxış etdi.

Hamı oyuna çıxmaq, döyüşmək istəyir. Amma bəzən istəmək kifayət etmir. Biz bu vəziyyətə gəlib çatmışıq.

Seçilən
33
11
publika.az

10Mənbələr