AZ

Ermənistan və Türkiyə tələbələr üçün birgə təqaüd proqramını müzakirə edirlər

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Ermənistan və Türkiyə hər iki ölkədə tələbələr üçün təqaüdlərin təsis edilməsi imkanlarını müzakirə edirlər".

Oxu.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komitəsinin iclasında açıqlayıb.

Onun sözlərinə görə, İrəvan və Ankara arasında dialoq davam edir və hər iki ölkənin universitetlərindən tələbələrə dəstək təşəbbüsü nəzərdən keçirilir.

Gümrü-Qars xəttində dəmiryol xidmətinin bərpasına gəldikdə, nazir bildirib ki, artıq iki mütəxəssis komandası infrastrukturu qiymətləndirmək üçün ərazidədir.

Bundan başqa, mədəni əməkdaşlıq, o cümlədən Ani körpüsünün bərpası imkanları da müzakirə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
1
oxu.az

2Mənbələr