AZ

Naxçıvanda evdən iki nəfərin meyiti tapıldı ARAŞDIRMA APARILIR

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvanda fərdi yaşayış evindən iki nəfərin meyiti tapılıb.

Oxu.Az-a Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

"Martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda vurğulanıb.

Xatırladaq ki, martın 22-də Babək rayonunun Yarımca kəndində Baxşəli Yunis oğlu Allahverdiyev və onun həyat yoldaşı Gülnarə Xalıqverdi qızı Hüseynovanın meyitləri yaşadıqları mənzildən tapılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
4
oxu.az

3Mənbələr