ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Livanda quru əməliyyatlarının planını təsdiqləyib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
"Hizbullah" terror təşkilatına qarşı əməliyyat yenicə başlayıb. İrandakı əməliyyat başa çatdıqdan sonra "Hizbullah" tək və təcrid olunmuş vəziyyətdə qalacaq. Bu, uzunmüddətli əməliyyatdır və biz buna hazırıq", - Zamir bildirib.
O əlavə edib ki, İsrail ordusu hazırda mütəşəkkil plana uyğun olaraq, yerüstü əməliyyatları və zərbələri irəlilətməyə hazırlaşır.
Baş Qərargah rəisinin sözlərinə görə, İsrail təhlükə sərhəddən uzaqlaşdırılana və ölkənin şimalındakı sakinlər üçün uzunmüddətli təhlükəsizlik təmin olunana qədər dayanmayacaq.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.