Yazını böyüt
Yazını kiçilt
Ermənistan Avropa Sülh Fondu çərçivəsində ölkəyə üçüncü yardım paketinin ayrılması üçün müraciət edib.
Hafta.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb. Belə ki, xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bu barədə danışıb.
Qeyd edək ki, Avropa Sülh Fondu 2024-cü ildə Ermənistan Silahlı Qüvvələrinin texniki potensialını gücləndirmək məqsədilə ölkəyə 10 milyon avro vəsait ayırıb.
20 milyon avro təşkil edən ikinci paket isə 2026-cı ilin yanvarında təqdim edilib.