AZ

İRAN RİALI ÇÖKÜR “Haqsız təcavüzə son qoyulmalıdır ki...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İsrailin hərbi təcavüzü onsuz da vəziyyəti ağır olan İran iqtisadiyyatını daha da çətin duruma salıb. Ölkədə iqtisadi böhran getdikcə daha da dərinləşir. Bunu göstəricilərindən biri də İranın milli valyutasının kəskin dəyər itirməsidir. Hətta ölkə 10 milyon riallıq əskinas buraxmaq məcburiyyətində qalıb. Lakin bunun əskinaslara xərclənən kağızın çəkisini azaltmaqdan başqa nəyəsə yarayacayağı gözlənilmir.

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərlinin bu mövzuyla bağlı paylaşımında İran rialının necə acınacaqlı vəziyyətə düşdüyü göstərilir: “İran bu yaxınlarda dövriyyəyə 10 milyonluq banknot buraxıb, indiki məzənnə ilə 7 dollara bərabərdir.

Cəmi 90 gün əvvəl 1 dollar 40 min riala bərabər idi. Bu gün bir dollar 1,3 milyon dəyərindədir.

Vəziyyəti izah etmək üçün, təsəvvür edin ki, Azərbaycan manatı 2025-ci ilin dekabırında dollara nisbətən 1,7 manat idi, indi, martın sonuna 55 manat olub - dəhşətli mənzərə olardı, deyilmi?!

Son illər İranda xalqın narazılığı tək sistemdən deyildi, bərbad iqtisadi modelə, kasıblığa görə idi və iqtisadi böhran daha da dərinləşir.

ABŞ hüquqsuz müharibəni tezliklə bitirməlidir, İrana qarşı təzavüzə son verməlidir. Bundan sonra İran xalqı öz gələcəyini özü müəyyən edəcək - mən buna əminəm. İqtisadi çətinlikləri sistemin özü doğub, bunu xalq bilir, xaricdən haqsız təcavüzə son qoyulmalıdır ki, xalq da öz sözünü deyə bilsin”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
154
50
azpolitika.info

10Mənbələr