AZ

Si Cinpin Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Çin Xalq Respublikasının Sədri Si Cinpin AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Bahar bayramı münasibətilə göndərdiyiniz təbrik məktubuna görəSizə səmimi təşəkkürümü bildirirəm. Çin Hökuməti və xalqı adındanSizi, Azərbaycan Hökumətini və bütün Azərbaycan xalqını ənənəviNovruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Sonillərdə qarşılıqlı siyasi etimad möhkəmlənir, bütün sahələrdəəməkdaşlıq inkişaf edir. Çin ilə Azərbaycan arasında əlaqələrininkişafına böyük əhəmiyyət verirəm və iki ölkə xalqlarınınmənafeləri naminə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıqmünasibətlərinin bundan sonra daha da inkişaf etdirilərək yenisəviyyəyə yüksəldilməsi üçün Sizinlə birlikdə səylər göstərməyəhazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram".

Seçilən
43
49
az.trend.az

10Mənbələr