AZ

Donald Trampın "Xüsusi Planı": İranda böyük üsyan üçün düymə nə vaxt basılacaq?

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper "Iran International" nəşrinə verdiyi müsahibədə İran vətəndaşlarına müraciət edərək, hazırda küçələrə çıxaraq etiraz etmək üçün uyğun zaman olmadığını bildirib.

Musavat.com xəbər verir ki, general Kuper ABŞ lideri Donald Trampın daha əvvəl səsləndirdiyi fikirləri xatırladaraq, xalqın hərəkətə keçməsi üçün müəyyən bir məqamda "aydın siqnal" veriləcəyini qeyd edib. Kuper vurğulayıb ki, hazırda davam edən "Şir nəriltisi" əməliyyatı çərçivəsində İranın hərbi və strateji obyektlərinə endirilən zərbələr maksimum gərginlik fazasındadır və bu şəraitdə kütləvi aksiyalar mülki əhali üçün əlavə risklər yarada bilər.

ABŞ-ın yüksək rütbəli hərbçisinin bu bəyanatı Vaşinqtonun İran daxilindəki prosesləri yaxından izlədiyini və rejimin çökməsi üçün xalq hərəkatı ilə hərbi zərbələri koordinasiya etmək niyyətində olduğunu göstərir. 

Qeyd olunur ki, "aydın siqnal" rejimin idarəetmə aparatının tamamilə iflic olduğu və təhlükəsizlik qüvvələrinin xalqın tərəfinə keçməyə başladığı an verilə bilər. General həmçinin əlavə edib ki, ABŞ-ın hədəfi İran xalqı deyil, onun terroru dəstəkləyən rəhbərliyidir və lazımi vaxtda İranın azadlığı üçün hər cür dəstək nümayiş etdiriləcək. Hazırda Tehranda və digər böyük şəhərlərdə internet kəsintiləri və hərbi hərəkətlilik fonunda xalqın bu çağırışa necə reaksiya verəcəyi dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

Musavat.com

Seçilən
69
musavat.com

1Mənbələr