AZ

Sabah Azərbaycanda 23 dərəcə isti olacaq

Martın 24-də gözlənilən hava proqnozu açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəsək.


Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Tarix: 23 Mart 2026, 13:02   
Seçilən
85
49
pravda.az

10Mənbələr