AZ

Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bayram günləri adətən növbənöv yeməklərlə, salatlarla və şirniyyatlarla bəzədilmiş zəngin süfrələr açılır. İstər istəməz hər təamdan bir qədər qəbul etdikdə həzm sisteminin funksiyasını yükləmiş oluruq. Həmçinin sonrakı günlər ərzində “bayramdan qalan” yeməklər yeyilir, bəzən bu bir sıra fəsadlara səbəb olur. Ona görə də, bayramdan sonrakı dövrdə bədənimizin tarazlığını bərpa etmək üçün düzgün və balanslı qidalanma son dərəcə vacibdir.

Sherg.az xəbər verir ki, terapevt Emil Mustafabəyli bayramdan sonra bədəni normallaşdırmaq üçün sağlam və balanslı qidalanmaya keçidin vacib olduğunu bildirib. Həkim hesab edir ki, ilk növbədə su qəbulu artırılmalıdır:

"Bayram günlərində istehlak edilən duzlu və şirin qidalar bədəndə su itkisinə səbəb ola bilər. Hər gün minimum 2 litr su istehlak etmək bədənin toksinlərdən təmizlənməsinə və maddələr mübadiləsinin sürətlənməsinə yardım edir. Təzə tərəvəz və meyvələr həzm sistemini rahatlaşdırır və vitamin-mineral balansını bərpa edir. Xüsusilə yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kahı) və C vitamini ilə zəngin meyvələr (portağal, nar) tərcih edilməlidir. Bayramdan sonra yağlı və ağır yeməklərdən uzaq duraraq, daha çox buxarda bişirilmiş və ya qızardılmamış qidaları tərcih edin. Toyuq, balıq və yağsız ətlər istehlak edərək protein balansını qoruyun. Şirniyyatlar və un məmulatları bayramda çox istifadə edildiyindən, sonrakı günlərdə bu qidalardan uzaq durmaq bədənə daha az yük düşməsini təmin edir. Bu qidaları tədricən azaldaraq normaya qayıtmağınız məsləhətdir. Həzm sistemini yüksəltmək üçün qatıq, kefir kimi probiotik qidalardan istifadə edin. Həmçinin, zəncəfil və ya nanə çayı kimi bitki çayları həzmə yardımcı ola bilər".

Terapevt qeyd edib ki, axşam saatlarında ağır yeməklərdən çəkinib şorba və ya salat kimi yüngül qidalara üstünlük verilməlidir:

"Bu, həzm sisteminizin gecə boyunca daha rahat çalışmasına yardım edir. Bir sözlə bol su istehlak etmək, aktiv hərəkət və həzmi asanlaşdıran qidalar bədəninizi yenidən enerjili və güclü hiss etməyinizə yardımcı olacaq". 

Həkim sonda vətəndaşlara sağlam qidalanma ilə sağlamlıqlarının qeydinə qalmağı tövsiyyə edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
sherg.az

1Mənbələr