AZ

Gənc futbolçu oyun zamanı huşunu itirərək dünyasını dəyişdi

BAKI, 23 mart. TELEQRAF

Kolumbiyanın "Milyonarios" klubunun gənclər komandasının üzvü Santyaqo Kastilyon oyun zamanı huşunu itirərək vəfat edib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə ötən şənbə günü gənclər arasında keçirilən milli turnirdə "Santa-Fe" ilə qarşılaşma zamanı baş verib.

Meydanda özünü pis hiss edərək yerə yıxılan 18 yaşlı futbolçuya klub həkimləri tərəfindən dərhal ilkin tibbi yardım göstərilib. Daha sonra o, təcili olaraq klinikada reanimasiya şöbəsinə yerləşdirilib. Kardioloqların bütün səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
87
3
teleqraf.com

10Mənbələr