AZ

İşçi atalıq məzuniyyətini necə almalıdır?-İZAH

İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib.

Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur. Sonra məzuniyyətin növünü seçir və məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir. Ardınca işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.

Seçilən
28
4
azpost.info

5Mənbələr