AZ

Tanınmış fotoqrafın evi yandı – “Heç nəyi xilas etmək mümkün olmadı”

Tanınmış fotoqraf Orxan Aslanovun evi yanıb.

Vətəninfo.az xəbər verir ki, o bu barədə “Instagram” hesabında paylaşım edərək baş verən yanğının görüntülərini yayıb.

Fotoqrafın sözlərinə görə, hadisə nəticəsində evdən demək olar ki, heç nəyi xilas etmək mümkün olmayıb. O bildirib ki, yalnız avtomobili güclə çıxarmağa nail olublar, lakin nəqliyyat vasitəsi də zədələnib.
Orxan Aslanov paylaşımında yaşadığı ağır anları belə ifadə edib:

“Təəssüf ki, bu gün pis bir gün oldu. Bütün qarajı itirdik, maşını güclə, o da zədələnmiş halda çıxara bildik, təəssüf ki, başqa heç nəyi xilas etmək mümkün olmadı. Uzun müddət ərzində topladıqlarımın hamısı məhv oldu. Əsas odur ki, heç kim xəsarət almadı. Buna görə də yaşamaq və hər günə sevinmək lazımdır. Hər şey düzələcək”.

Qeyd edək ki, hadisə nəticəsində ciddi maddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Seçilən
85
1
veteninfo.az

2Mənbələr