AZ

Bakıda Pakistan Günü qeyd edilib

ain.az bildirir, 525.az portalına istinadən.

Bakıda Pakistanın Gününə həsr olunmuş tədbir keçirilib.  

525.az xəbər verir ki, tədbirdə Pakistan icmasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Pakistanın dövlət himninin sədaları altında dövlət bayrağı qaldırılıb. “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin bu günlə bağlı xalqa ünvanladıqları müraciətləri səsləndirilib. 

Pakistanın Azərbaycandakı səfiri Qasım Mouhiddin çıxış edərək bu  günün tarixi əhəmiyyəti və mahiyyəti barədə danışıb. Bildirib ki, martın 23-də ölkəsi suverenlik əldə edib və hər il bu günü ehtiramla qeyd edirlər.

Diplomat Cammu və Kəşmir məsələsinə toxunub, Azərbaycanın  dəstəyinə görə təşəkkür edib.

Səfir deyib ki, ötən ilin hadisələri bir daha açıq şəkildə göstərdi ki, Cammu və Kəşmir məsələsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmayana qədər Cənubi Asiyada sülhün bərqərar olması mümkün deyil.

“Bu il də bizi regionumuzda baş verən proseslərə diqqət yetirməyə məcbur edir. Əfqanıstandakı münaqişə və onun nəticələri hamımıza təsir göstərir. Pakistan və onun rəhbərliyi vəziyyətin deeskalasiyası və nizamlanması üçün bütün mümkün tədbirləri görməyə davam edəcək.  Biz ümid edirik ki, bölgəmizdə sülh, təhlükəsizlik və sabitlik hökm sürəcək”, - diplomat bildirib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
525.az

1Mənbələr