AZ

Yaponiya Hörmüzlə bağlı ABŞ-yə heç bir vəd verməyib – Baş katib

Bakı.Trend:

Yaponiyanın Baş naziri Sanae Takaçi Vaşinqtonda martın 19-da ABŞprezidenti Donald Trampla keçirilən danışıqlar zamanı ölkəninHörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasındaiştirakına dair hər hansı konkret öhdəlik götürməyib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Yaponiyanın NazirlərKabinetinin baş katibi Minoru Kihara Tokioda keçirilən mətbuatkonfransında bildirib.

O etiraf edib ki, Vaşinqtonda keçirilən görüşdə Tramp TokionuHörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə töhfə verməyəçağırıb.

“Lakin Yaponiya bu məsələ ilə bağlı heç bir konkret öhdəlikgötürməyib, belə bir fakt olmayıb”, – baş katib vurğulayıb.

O qeyd edib ki, atəşkəsdən sonra ölkənin Hərbi DənizQüvvələrinin həmin bölgəyə göndərilməsi ilə bağlı da heç bir qərarqəbul olunmayıb.

Bundan əvvəl Yaponiyanın Xarici işlər naziri Toşimicu Motegiteleviziya kanallarından birinə müsahibəsində ölkənin silahlıqüvvələrinin Hörmüz boğazının minalardan təmizlənməsi üçüngöndərilə biləcəyi ssenarini istisna etməmişdi.

Məqalədə:
Seçilən
66
3
az.trend.az

4Mənbələr