Bakı. Trend:
Bakının tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın başverib.
Trend xəbər verir ki, bubarədə o, şəxsi "Instagram" hesabında paylaşım edib.
Fotoqraf qeyd edib ki, hadisə səhərə yaxın qeydə alınıb.
“Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik,zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilasedə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odurki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövqalmalıyıq. Hər şey yoluna düşəcək”, - Aslanov paylaşımında əlavəedib.