Bakı.Trend:
Naxçıvanın Babək rayonunda ər və arvadı dəm qazında boğularaqölüb.
Trend-inməlumatına görə, hadisə ötən gün baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğluvə onun 1992-ci il təvəllüdlü arvadı Hüseynova Gülü Xalıqverdi qızıyaşadıqları fərdi yaşayış evində su qızdırıcıdan dəm qazı sızmasınəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.