Bakı. Trend:
2025-ci ildə İtaliyanın Azərbaycana birbaşa investisiyalarınınhəcmi 21,956 milyon ABŞ dolları təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 15,1 milyon dollar vəya 3,2 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində İtaliyadan reallaşan investisiyaların payı 0,3% təşkiledib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində İtaliyaiqtisadiyyatına 125,1 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 52,7 milyon dollar və ya 1,7 dəfəçoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandanİtaliyaya yatırılan investisiyaların xüsusi çəkisi 4,9% təşkiledib.
2024-cü il ərzində İtaliyadan Azərbaycana birbaşainvestisiyaların ümumi həcmi 6,8 milyon dollar, əks istiqamətdə isə72,4 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.