AZ

Messi Peleni qabaqladı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur futbol ulduzu Lionel Messi cərimə zərbələrindən vurduğu qollarının sayını 71-ə çatdırıb.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, argentinalı hücumçu sözügedən göstəriciyə görə braziliyalı futbol əfsanəsi Peleni (70 qol) qabaqlayıb.

Messi cərimə zərbələrindən vurulan qolların sayına görə yalnız braziliyalı Juninyo Pernambukanodan (77 qol) geri qalır.

Qeyd edək ki, Messinin heyətində yer aldığı "İnter Mayami" ABŞ futbol liqasında (MLS) səfərdə "Nyu-York Siti"ni səfərdə 3:2 hesabı ilə məğlub edib. Argentinalı forvard qarşılaşmanın 61-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
111
1
oxu.az

2Mənbələr