AZ

Havayda güclü daşqınlar nəticəsində 2000-dən çox insan işıqsız qalıb

Bakı. Trend:

Havayda 2 mindən çox sakin güclü yağışların səbəb olduğu son 20ilin ən pis daşqınından sonra elektrik enerjisiz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyixəbər verib.

Hakimiyyət orqanlarından bildirilib ki, leysan yağışlar birhəftə əvvəl baş verən qış fırtınasından sonra nəmlə doymuş torpağadüşüb. Sel axınları evləri və avtomobilləri aparıb. Yollara, havalimanlarına, məktəblərə və xəstəxanalara dəyən ziyan da daxilolmaqla, ümumi ziyan 1 milyard dolları keçə bilər.

Daşqınlar Honoluludan şimalda 5500 nəfərin təxliyə edilməsinəsəbəb oldu, lakin sonradan bu əmr ləğv edilib. Xilasedicilər suyunsəviyyəsinin sürətlə artdığı ərazilərdən 200-dən çox insanı təxliyəediblər. Ölənlər barədə məlumat verilməyib.

Seçilən
97
1
az.trend.az

2Mənbələr