AZ

Kim Çen In KXDR üzərində nəzarəti bərpa etdi

Şimali Koreya lideri Kim Çen In, Pxenyan şəhərində işinə başlayan on beşinci çağırış Ali Xalq Məclisinin I sessiyasında KXDR-in Dövlət İşləri Sədri vəzifəsinə yenidən seçilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin dövlət mediasına istinadən "Yonhap" agentliyi məlumat yayıb.

"Kim Çen In, KXDR Ali Xalq Məclisinin 15-ci çağırışının birinci sessiyasının ilk günündə KXDR Dövlət İşləri Sədri seçilib", - deyə məlumatda bildirilir.

Bundan əlavə, sessiya zamanı Kimin yaxın tərəfdaşı Ço En Von, Çxve Ron Heni əvəz edərək Ali Xalq Məclisinin Daimi Komitəsinə sədr seçilib. Bu dəyişikliklər Kim Çen Inın və onun ətrafının ölkə rəhbərliyindəki mövqelərinin möhkəmlənməkdə davam etdiyini vurğulayır.

Seçilən
161
publika.az

1Mənbələr