AZ

Kallas və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı aparıb.

"Report"un məlumatına görə, bu barədə Aİ sözçüsü Reuters agentliyinə bildirib.

Onun sözlərinə görə, Kallas həmçinin Türkiyə, Qətər və Cənubi Koreyadan olan həmkarları ilə Yaxın Şərqdəki müharibə, enerji infrastrukturuna hücumlar və Hörmüz boğazından gəmiçiliyin bərpa edilməsinin təcili zərurəti ilə bağlı ayrıca telefon danışıqları aparıb.

"Bu təmaslar Aİ-nin vəziyyətdən diplomatik çıxış yolu tapmaq üçün davam edən səylərinin bir hissəsi idi", - deyə sözçü bildirib və əlavə edib ki, "mühüm mülki infrastruktura yeni hücum təhdidləri Yaxın Şərqdə və ondan kənarda milyonlarla insana təsir göstərə bilər".

Kallas sonuncu dəfə Əraqçi ilə çərşənbə günü danışıb. O zaman o, Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsinin Avropa üçün prioritet olduğunu bildirmişdi.

Seçilən
122
far.az

1Mənbələr