AZ

"Real Madrid" "Atletiko Madrid" üzərində əzmkar qələbə qazandı

Bakı. Trend:

İspaniya La Liqasının 29-cu turunda "Real Madrid" futbol klubu"Atletiko Madrid"i 3-2 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş "Santayaqo Bernabeu" stadionundakeçirilib.

Qalib komandanın heyətində qolları Vinisius (52-ci və 72-cidəqiqələr) və Federiko Valverde (55) vurublar. "Atletiko Madrid"inheyətində Ademola Lookman (33) və Nahuel Molina (66)fərqləniblər.

"Real Madrid"in 69 xal toplayıb və turnir cədvəlində ikinciyerdədir. Komanda "Barselona"dan dörd xal geridədir. "Atletiko"liqada dörd oyunluq qələbə seriyasına son qoyub. Klub 57 xalladördüncü yerdədir.

Seçilən
95
az.trend.az

4Mənbələr