AZ

“İradəmizi sındıra bilməzsiniz” – Pezeşkianın Trampa cavabı

İran Prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın açıqlamalarına cavab verib.

Musavat.com xəbər verir ki, Pezeşkian “İranı xəritədən silmək” kimi fikirlərin reallıqdan uzaq olduğunu bildirib.

Onun sözlərinə görə, bu cür yanaşmalar tarix boyu formalaşmış bir millətin iradəsi qarşısında acizlik və çarəsizliyin göstəricisidir.

Pezeşkian vurğulayıb ki, təhdid və təzyiq dili İranı geri çəkilməyə məcbur etməyəcək. Əksinə, belə bəyanatlar İran xalqını daha da birləşdirir və ölkə daxilində həmrəyliyi gücləndirir.

İran prezidenti əlavə edib ki, heç bir xarici güc İran xalqının iradəsini sındıra bilməz və bu cür təhdidlər yalnız regionda gərginliyi daha da artırır.

 

Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr