AZ

Madrid derbisində 5 qol: "Real" əzmkar qələbə qazandı

İspaniya çempionatında Madrid derbisi keçirilib.

Teleqraf xəbər verir ki, 29-cu tur çərçivəsində “Santyaqo Bernabeu” stadionunda baş tutan oyunda “Real Madrid” “Atletiko Madrid”i 3:2 hesabı ilə məğlub edib.

Qarşılaşmada “Real”ın qollarını Vinisius Junior (52 və 72-ci dəqiqələr) və Federiko Valverde (55-ci dəqiqə) vurub. “Atletiko”nun heyətində isə Ademola Lukman (33-cü dəqiqə) və Naüel Molina (66-cı dəqiqə) fərqlənib.

Oyunun 77-ci dəqiqəsində Federiko Valverde birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbə ilə “Real” xallarının sayını 69-a çatdıraraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 4 xal geri qalır. “Atletiko” isə 57 xalla 4-cü yerdədir və qələbə seriyasını dayandırıb.

Seçilən
84
teleqraf.com

1Mənbələr