AZ

İran ABŞ büdcəsinə investisiya qoyan qurumları qanuni hədəf elan edib

BAKI, 23 mart. TELEQRAF

İranda ABŞ-nin hərbi büdcəsinə yatırım edən maliyyə qurumları ilə bağlı sərt açıqlama verilib.

Teleqraf xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf ABŞ-nin hərbi büdcəsinə investisiya qoyan maliyyə institutlarını Tehran üçün qanuni hədəf adlandırıb.

“ABŞ-nin xəzinə istiqrazları iranlıların qanı ilə yoğrulub. Onları alaraq öz qərargah və aktivlərinizə zərbə vurulmasına şərait yaradırsınız”, - deyə o, “X” sosial şəbəkəsində yazıb.

Qalibaf əlavə edib ki, İran bu cür qurumların investisiya portfellərini izləyir.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Yaxın Şərqdə yerləşən bütün ABŞ hərbi bazaları, hətta İran əleyhinə hücumlarda iştirak etməyənlər belə, Tehran tərəfindən qanuni hədəf kimi qiymətləndirilir.

Seçilən
76
teleqraf.com

1Mənbələr