"ABŞ-nin hərbi-sənaye kompleksinə qiymətli kağızlar almaqla sərmayə yatıran maliyyə qurumları İran ordusunun növbəti hücum hədəfi olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, hərbi bazalarla yanaşı, ABŞ-nin hərbi büdcəsini dəstəkləyən maliyyə institutları da legitim hədəf sayılacaq.
Qalibaf qeyd edib ki, ABŞ xəzinədarlıq istiqrazları iranlıların qanına bulanıb və onları alan hər kəs öz qərargahına və aktivlərinə zərbə vurmuş olur.
O əlavə edib ki, İran investisiya portfellərini izləyir və bu müraciət ABŞ qiymətli kağızlarına yatırım edən qurumlara "son xəbərdarlıqdır".