AZ

Rusiya bir həftədə 8 min itki verdi - Zelenski

Rusiya hava şəraitinin yaxşılaşmasından istifadə edərək cəbhədə fəallığını artırıb, lakin bunun fonunda itkiləri də sürətlə yüksəlir. Təkcə son yeddi gün ərzində Rusiya 8 mindən çox hərbçisini itirib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.

O bildirib ki, rus qoşunları əlverişli hava şəraitindən yararlanaraq hücumlarını gücləndirməyə çalışıblar.

“Bu həftə rusların daha əlverişli hava şəraitindən istifadə edərək hücumlarını artırmaq cəhdlərini müşahidə etdik. Nəticədə isə yeganə nəzərəçarpacaq nəticə onların itkilərinin artması oldu. Son yeddi gün ərzində 8 mindən çox rus əsgəri öldürülüb və ya ağır yaralanıb”, – deyə bəyanatda qeyd olunub.

Seçilən
62
2
unikal.az

3Mənbələr