ABŞ Prezidenti Donald Tramp İsrailin 13-cü kanalına verdiyi müsahibədə İrana qarşı irəli sürdüyü tələblərin icrası ilə bağlı silsilə xəbərdarlıqlarını davam etdirib.
Tramp rəsmi Tehrana verdiyi ultimatumun nəticəsinin “çox yaxşı” olacağını qeyd edərək, ölkənin “tamamilə məhv ediləcəyini” vəd edib. “Elektrik stansiyaları ilə bağlı ultimatumun nəticəsinin nə olacağını tezliklə görəcəksiniz. İranın tam məhvi baş verəcək və hər şey əla olacaq”, – deyə ABŞ lideri bildirib.
KONKRET.az xəbər verir ki, Trampın elektrik stansiyalarının hədəf alınması və Hürmüz boğazının açılması ilə bağlı Tehrana verdiyi vaxtın müddəti martın 23-ü axşam saatlarında başa çatır. Vaşinqtonun bu sərt ritorikası ABŞ-ın hərbi arsenalının bölgədə tam hazırlıq vəziyyətinə gətirildiyi bir vaxtda səslənir.
Ekspertlər qeyd edirlər ki, ultimatumun müddəti bitdikdən sonra İranın strateji enerji şəbəkələrinə genişmiqyaslı hava zərbələrinin endirilməsi ehtimalı kifayət qədər yüksəkdir. Rəsmi Tehranın isə hələlik bu təhdidlərə geri çəkilməklə yox, müdafiə və hücum hazırlıqlarını artırmaqla cavab verdiyi müşahidə olunur.
Natiq Səlim,
KONKRET.az