Üç otaqlı evdə yanğn baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində baş verib. Məlumatla əlaqədar Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə söndürülüb. Evin böyük hissəsi yanğından mühafizə olunub. Məlum olub ki, yanğın evin dam örtüyündən başlayıb.
Kürdəmirdə isə avtomobil anidən alovlanıb. Hadisə rayonun Xırdapay kəndində baş verib. Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində minik avtomobilinin mühərrikində baş vermiş yanğın digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.