BAKI, 22 mart. TELEQRAF
İsrail Səhiyyə Nazirliyi İrana qarşı hərbi əməliyyat başlayandan bəri itkilərin sayı ilə bağlı yenilənmiş statistikanı dərc edib.
Teleqraf"Israel Inside"ə istinadən xəbər verir ki, 22 mart 2026-cı il, bazar günü yerli vaxtla saat 07:00-a olan məlumata görə, ölkədə xəstəxanalara ümumilikdə 4564 nəfər aparılıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 124 nəfər xəstəxanalardadır.
Son bir gündə müraciətlərdə kəskin artım qeydə alınıb: 303 yaralı tibb mərkəzlərinə yerləşdirilib, onlardan 8-nin vəziyyəti ağırdır.