AZ

Ukrayna Rusiyanın Pulkovo hava limanına hucum edib –85 uçuş təxirə salınıb

Rusiyanın Leninqrad vilayətində Ukrayna dronlarının Pulkovo hava limanına hücumu səbəbindən 85 uçuş təxirə salınıb və ya ləğv edilib. Digər bir təyyarə isə qəza siqnalı verib.

Bu barədə “Shot” Telegram kanalı məlumat verir.

Kanalın məlumatına görə, dron xəbərdarlığı təxminən dörd saatdır ki, qüvvədədir. Bölgə səmasında beş Ukrayna dronu məhv edilib.

“Rusiya Hava Yolları”na məxsus təyyarə Leninqrad vilayəti üzərində qəza siqnalı verib. Təyyarə hazırda Vsevolojsk rayonunda dövrə vurur. Dəqiq səbəb hələlik məlum deyil.

Kanalın məlumatına görə, “Rusiya Hava Yolları”na məxsus SDM6858 reysi ilə Mineralnıye Vodıdan Sankt-Peterburq hava limanına uçan təyyarə qəza siqnalı verib. Bu da təyyarədə fövqəladə və ya təcili vəziyyətin olduğunu göstərə bilər. Airbus A320-214 təyyarəsi hazırda Kirovskdan Leninqrad vilayətindəki Koskovskoyeyə uçur.

AzPost.az

Seçilən
61
1
azpost.info

2Mənbələr