AZ

Sumqayıtda bayram tonqalına benzin tökənlər məsuliyyətə cəlb edilə bilər AÇIQLAMA VİDEO

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bayram tonqalını qalayaraq yandırmaq istədilər...Partlayış hadisəsi Sumqayıt şəhərinin, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində baş verib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.Hadisə nəticəsində  çoxlu sayda insan xəsarət alıb. Polis və FHN qüvvələri tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülüb, o cümlədən alovun ətrafa yayılmasının qarşısı alınıb.Hadisə şahidlərinin sözlərinə görə, tonqal qalanan zaman səs gəlib və ani partlaşın olub. Hətta zərbənin gücündən uşaqlar yerə çırpılıb. Yaxınlıqda olan binanın pəncərələri qırılıb.

Əraziyə 3 təcili tibbi yardım briqadası cəlb olunub. 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına yerləşdirilib. Eyni zamanda 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.FHN-i bu kimi hadisələrlə bağlı əhaliyə çağırış edib. 

/Xəzər TV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
1
azxeber.com

2Mənbələr