AZ

Pezeşkiandan yeni təklif: Köhnə sistem çökdü...

Yaxın şərqdə baş verən son müharibələr və artan gərginlik fonunda təhlükəsizlik məsələsi yenidən gündəmin əsas mövzusuna çevrilib.

Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian mövcud təhlükəsizlik mexanizmlərinin artıq işləmədiyini bildirərək, yeni regional əməkdaşlıq formatının yaradılmasını təklif edib.

Onun sözlərinə görə, indiyədək fəaliyyət göstərən təşkilatlar regionun problemlərini həll etməkdə uğursuz olub və artıq daha işlək, qarşılıqlı güzəştlərə əsaslanan yeni təhlükəsizlik platformasına ehtiyac yaranıb. Pezeşkian vurğulayıb ki, müharibədən sonra bölgədə əvvəlki təhlükəsizlik mühitinin bərpası mümkün deyil.

İran prezidenti qeyd edib ki, Tehran region ölkələrinin narahatlıqlarını dinləməyə və onların təhlükəsizliyi üçün konkret addımlar atmağa hazırdır. Bununla belə, İranın da öz təhlükəsizlik maraqlarının nəzərə alınmasının vacibliyini xüsusi qeyd edib.

Pezeşkian əlavə edib ki, regional iqtisadi inteqrasiya bütün tərəflər üçün daha sabit və perspektivli gələcək vəd edir. O, ölkələri bu istiqamətdə cəsarətli addım atmağa və gələcək nəsillər üçün yeni əməkdaşlıq modelini birlikdə qurmağa çağırıb.

Musavat.com

Seçilən
82
musavat.com

1Mənbələr