Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bayram süfrələrinin ayrılmaz hissəsinə çevrilən mandarin təkcə dadı ilə yox, tərkibindəki maddələrlə də diqqət çəkir. Ancaq onun düzgün istehlakı və xüsusilə diş sağlamlığına təsiri çox vaxt nəzərdən qaçır.Rusiyalı endokrinoloq Anna Oderiy bildirir ki, sağlam yetkin insan üçün gündə 2–4 ədəd (150–250 qram) mandarin kifayət sayılır. Həzm sistemi yaxşı işləyənlərdə bu miqdar 4–6 ədədə qədər arta bilər.Həkim vurğulayır ki, mandarin allergik reaksiya yarada bilən məhsullardandır. Xüsusilə allergiyaya meyilli şəxslərdə qaşınma, səpkilər, şişkinlik və həzm problemləri müşahidə oluna bilər. Meyvənin tərkibindəki turşular isə mədə-bağırsaq sisteminə təsir edərək ürək yanması, qarında köp, ağrı və hətta ishala səbəb ola bilər.Dişlərlə bağlı məqam isə daha incədir. Mandarin turşulu meyvə olduğu üçün onun tərkibindəki turşular diş minasını müvəqqəti olaraq yumşaldır. Bu səbəbdən dərhal diş fırçalamaq əks təsir verə, minaya zərər yetirə bilər. Tövsiyə olunur ki, mandarindən sonra əvvəlcə ağız su ilə yaxalansın, təxminən 20–30 dəqiqə keçdikdən sonra dişlər fırçalansın.Həkim qeyd edir ki, mandarini əsas yeməkdən sonra yemək, porsiyanı 1–2 ədəd civarında saxlamaq və orqanizmin reaksiyasını izləmək daha düzgün yanaşmadır. Bu qaydalara əməl etməklə həm meyvənin faydasından yararlanmaq, həm də mümkün risklərin qarşısını almaq mümkündür.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.