AZ

Mertslə Tramp telefonla danışdı: nələr müzakirə edildi?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniya Kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Merts özünün “X” hesabında məlumat paylaşıb.

“Bu gün səhər mən ABŞ Prezidenti Donald Trampla İran, İsrail və Ukraynadakı vəziyyəti müzakirə etdim”, – o qeyd edib.

Merts vurğulayıb ki, Trampla daha sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

“Bizim müzakirələrimiz yaxın zamanda davam etdiriləcək”, – o bildirib.

Daha əvvəl “Politico” nəşri qeyd edib ki, Fridrix Mertsi Donald Trampın Fars körfəzində hərbi münaqişədən çıxmaq barədə hər hansı bir strategiyasının olmaması narahat edir. Norveçə son səfəri zamanı o bu müharibənin təhlükəsizliklə bağlı ciddi məsələləri gündəmə gətirdiyini  bildirib. Nəşrin iddiasına görə, bu, Vaşinqtona səfəri zamanı nümayiş etdirilən mövqeədən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, Oval Kabinetdə Trampla görüşü zamanı Merts Berlinin Vaşinqtonla həmrəy olduğunu və Tehranda diktaturanın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
95
globalinfo.az

1Mənbələr