Arkadiuş Milikin yaşıl meydana həsrəti sona çatıb.
"Football-plus.az" xəbər verir ki, uzun müddət zədə səbəbindən futboldan uzaq qalan “Yuventus”un hücumçusu meydana qayıdıb. O, A seriyasının 30-cu turunun “Sassuolo” ilə oyununda (1:1) 11 dəqiqə meydanda olub. Bununla da, 34 yaşlı hücumçu 665 gündən sonra meydana qayıdıb.
“Sassuolo” ilə matçdan əvvəl Milikin klubdakı sonuncu oyunu 25 may 2024-cü ildə keçirilən “Montsa”ya qarşı (2:0) olub.
Polşalı futbolçunun 2022-ci ildən çıxış etdiyi “Yuventus”la müqaviləsinin müddəti 2027-ci ilin yayında sona çatacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta