Muğanlı-İsmayıllı yolunun kənarında, meşə ərazisində torpaq sürüşməsi baş verib.
Xezerxeber.az xəbər verir ki, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və vəziyyətin nəzarət altında olduğu bildirilib. Qeyd edilib ki, əraziyə baxış keçirilib, sürüşmənin miqyası və gələcəkdə yarada biləcəyi risklər qiymətləndirilir.
Mütəxəssislər ehtimal olunan təkrar sürüşmə hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsini planlaşdırırlar.Vurğulanıb ki, son günlərdə müşahidə edilən yağıntılı hava və torpağın həddindən artıq nəmlənməsi bu cür hadisələrin baş vermə ehtimalını artırır. Buna baxmayaraq, hazırkı vəziyyətdə yol infrastrukturu üçün ciddi təhlükə qeydə alınmayıb.
Sürücülərə tövsiyə olunub ki, həmin istiqamətdə hərəkət edərkən diqqətli olsunlar, yol nişanlarının tələblərinə və təhlükəsizlik qaydalarına riayət etsinlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.