AZ

Alimlər: 8 saatdan az yatmaq ömrü qısaldır

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

8 saatdan az yatmaq sağlamlığa təsiri ilə bağlı yenidən gündəmə gəlib. Alimlər bildirir ki, yuxu çatışmazlığı ömür uzunluğuna birbaşa təsir edən amillərdən sayılır.Demokrat.az-ın məlumatına görə araşdırma "Oregon Health & Science University" alimləri tərəfindən aparılıb və nəticələr "SLEEP Advances" nəşrində dərc olunub.Tədqiqatçılar ABŞ-də geniş məlumat bazasını təhlil edərək 2019–2025-ci illər ərzində "Centers for Disease Control and Prevention" tərəfindən toplanan göstəriciləri ömür uzunluğu ilə müqayisə ediblər.Nəticələr göstərir ki, yuxunun müddəti və keyfiyyəti pəhriz, fiziki aktivlik və sosial faktorlarla müqayisədə ömür uzunluğuna daha güclü təsir edir. Bununla belə, siqaret çəkmə hələ də bu baxımdan daha riskli amil olaraq qalır.Alimlər gündə 7 saatdan çox yuxunu kifayət hesab edir. Az yatmağın ölüm riski ilə əlaqəsi əvvəllər də qeyd olunub, lakin bu tədqiqatda illər üzrə yuxu müddəti ilə ömür arasındakı davamlı əlaqə daha aydın şəkildə üzə çıxıb.Araşdırmada səbəb-nəticə mexanizmi tam izah olunmasa da, mütəxəssislər qeyd edir ki, gecə yuxusu ürək-damar və immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Eyni zamanda diqqət, yaddaş və məkan orientasiyası kimi kognitiv funksiyaların qorunmasında mühüm rol oynayır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
81
demokrat.az

1Mənbələr