Braziliya klubu “Kruzeyro”ya yeni baş məşqçi təyin olunub.
QOL.az xəbər verir ki, komanda Artur Jorgeyə həvalə olunub.
Mütəxəssislə 2027-ci ilin sonuna qədər müqavilə imzalanıb. Onun məşqçilər heyətində Andre Kunya, Joao Kardozu, Tiaqo Lopes və Rodriqo Mira yer alacaq.
Xatırladaq ki, Artur Jorge daha əvvəl “Braqa”, “Botafoqo” və “Əl-Rayyan” kimi klublarda çalışıb.
Qeyd edək ki, hazırda “Kruzeyro” 3 xalla Braziliya A Seriyasında sonuncu, 20-ci pillədədir.