İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, lider "Barselona" doğma meydanda "Rayo Valyekano"nu qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinə növbəti 3 xalı qazandıran yeganə qolu ilk hissənin ortalarında müdafiəçi Ronald Arauxo vurub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 73-ə çatdıran "Barselona" turnir cədvəlində liderliyini möhkəmlədib. 32 xalı olan "Rayo Valyekano" isə 14-cü pillədə qərarlaşıb.
Növbəti turda "Barselona" səfərdə Madrid "Atletiko"sunun qonağı olacaq, "Rayo Valyekano" isə evdə "Elçe"ni qəbul edəcək.