AZ

La Liqa: Arauxo “Barselona”n büdrəməyə qoymadı - VİDEO

İspaniya La Liqasının 29-cu turu çərçivəsində keçirilən “Barselona” - “Rayo Valyekano” matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada azarkeşlər cəmi bir qolun şahidi olublar.

İdman.Biz xəbər verir ki, oyunun taleyini 24-cü dəqiqədə vurulan qol həll edib. “Barselona”nın müdafiəçisi Ronald Arauxo rəqib qapısına yol taparaq komandasına vacib üç xalı qazandırıb.

Bu qələbədən sonra “Barselona” xallarının sayını 73-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. Hazırda 32 xalı olan “Rayo Valyekano” isə 14-cü pillədə qərarlaşıb.

Növbəti turda “Rayo Valyekano” aprelin 3-də doğma meydanda “Elçe”ni qəbul edəcək. “Barselona” isə bir gün sonra səfərdə çempionluq yolundakı ən ciddi rəqiblərindən biri olan Madrid “Atletiko”sunun qonağı olacaq.

İdman.Biz
Seçilən
56
idman.biz

1Mənbələr