AZ

İstanbulda çökən binaların altından doqquz nəfər xilas edilib

Türkiyənin İstanbul şəhərində qaz sızmasına görə baş verən partlayış nəticəsində çökən 2 binanın dağıntıları altından 9 nəfər yaralı vəziyyətdə xilas edilib.

Dağıntılar altında daha iki nəfərin qaldığı ehtimal edilir. Onların axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 12:00 radələrində İstanbulun Fatih rayonunda yerləşən – biri ikimərtəbəli, digəri birmərtəbəli iki evdə çökmə meydana gəlib.

AzPost.az

Seçilən
101
2
azpost.info

3Mənbələr