AZ

Trampa ŞOK

ABŞ-də İranla bağlı siyasət daxildə də sərt tənqid olunur.

Musavat.com xəbər verir ki, ABŞ-nin demokrat senatoru Kris Merfi prezident Donald Trampı İranla bağlı siyasətinə görə sərt tənqid edib.

O, sosial şəbəkədə yazdığı paylaşımda bildirib ki, Tramp artıq müharibəyə nəzarəti itirib və vəziyyətə adekvat reaksiya verə bilmir.

Merfinin sözlərinə görə, ABŞ prezidenti “panikaya düşüb”.

Senator bu fikirləri Trampın son açıqlamasına cavab olaraq səsləndirib. Belə ki, Donald Tramp sosial şəbəkədə İranın 48 saat ərzində Hörmüz boğazını açmaması halında ölkənin elektrik infrastrukturlarını məhv edəcəyi ilə hədələyib.

Merfi daha əvvəl də ABŞ-nin İranla bağlı hərbi kampaniyasını tənqid edərək bunu “dəli müharibə” adlandırmışdı.

Musavat.com

Seçilən
127
50
musavat.com

10Mənbələr