AZ

Küveytdən İranın hücumları ilə bağlı beynəlxalq aviasiya təşkilatına ŞİKAYƏT

Küveyt Mülki Aviasiya İdarəsi İran hücumları ilə əlaqədar Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi etiraz notası göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Küveyt aviasiya hakimiyyəti bildirib ki, "İranın ciddi pozuntuları və hücumları ilə bağlı ICAO-ya rəsmi etiraz bildirmişik".

Onlar İranın hücumlarının beynəlxalq müqavilələrin açıq şəkildə pozulması olduğunu qeyd edərək, bunun sərnişinləri ciddi riskə atdığını vurğulayıblar.

Qeyd edək ki, Küveytin hava məkanı fevral ayının sonundan bağlıdır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
114
50
redaktor.az

10Mənbələr