AZ

Türkiyədə AĞIR QƏZA: Avtomobil torpaq altında qaldı- VİDEO

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, hadisə güclü yağışlardan sonra Yenikaş məhəlləsinin Sarıyar ərazisində qeydə alınıb. Yamacdan qopan torpaq və qaya parçaları hərəkətdə olan, 33 BBS 625 dövlət nömrə nişanlı avtomobilin üzərinə düşüb. Zərbənin təsirindən nəqliyyat vasitəsi ciddi zədələnib. Avtomobilin sürücüsü Okan K. yüngül xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım, jandarma və yol xidmətləri cəlb olunub. Yaralıya ilkin tibbi yardım yerində göstərilib, onun həyatının təhlükədə olmadığı bildirilib. Torpaq sürüşməsi səbəbindən magistral yolda hər iki istiqamətdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Yol xidmətlərinin ağır texnika ilə apardığı təmizləmə işlərindən sonra hərəkət bərpa edilib.
Seçilən
60
Ajans.az

1Mənbələr