AZ

UEFA dan qazandıqları pula görə ölkələrin siyahısı dərc edildi Azərbaycan bu pillədədir

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Football Meets Data" analitik portalı 2025/2026 mövsümündə Avropa yarışlarının əsas mərhələlərində iştirak etdikləri üçün UEFA-dan qazandıqları pul məbləğinə görə ölkələrin siyahısını dərc edib.

Sportal.az xəbər verir ki, Azərbaycan Çempionlar Liqası, Avropa Liqası və Konfransı Liqasının pley-off mərhələləri də daxil olmaqla, əsas mərhələlərində iştirak edən 39 ölkə arasında 36 milyon avro gəlirlə (70 milyon manatdan bir qədər çox) ilə 16-cı yerdə qərarlaşıb.

Bütün bu məbləğ ölkənin Avropa yarışlarının əsas mərhələlərində yeganə təmsilçisi olan və Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" sayəsində qazanılıb. 

Hazırda İngiltərə doqquz klubun ümumilikdə 611.600.000 avro qazanması ilə liderdir. İspaniya (səkkiz klub) 424.7 milyon avro ilə ikinci, Almaniya (7 klub) isə 360.6 milyon avro ilə üçüncü yerdədir.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
1
sportal.az

2Mənbələr