Ailədə kişi ilə qadın arasında yaş fərqinin çox olması qarşılıqlı münasibətlərə mənfi təsir göstərmir. Metbuat.az xəbər verir ki, ABŞ alimləri 3 il davam edən tədqiqat nəticəsində bu qənaətə gəliblər. Tədqiqatlar Amerika və Avropa qitəsini əhatə edib. Alimlər müəyyənləşdiriblər ki, Şimali Amerikada cütlüklər arasında yaş fərqi 2-4 ildən çox olmur. Avropada isə bu rəqəm 1-2 il təşkil edir. Hətta bəzi Avropa ölkələrində gənclər öz həmyaşıdları ilə ailə qurmağa üstünlük verirlər. Tədqiqatçılar hesab edirlər ki, yaş fərqi boşanmalarda əsas faktor deyil. Aralarında ən azı 10 yaş fərq olan minlərlə cütlüyün uzun illər eyni evdə xoşbəxt yaşadığı məlum olub. Alimlərin gəldiyi qənaətə görə, boşanmaların artmasının əsas səbəbi cütlüklərin dunyagörüşündə, təhsilində, mədəni səviyyəsində olan uyğunsuzluqdur. Tədqiqat prosesində iştirak edən psixoloqlar isə ərlə arvad arasında yaş fərqinin 10 ildə çox olmamasını tövsiyə ediblər.