AZ

Akif Nağı və İran: Əsassız iddialarla  faktiki  addımların müqayisəsi

İran – İsrail- ABŞ arasında müharibə başlayandan  Azərbaycan ictimaiyyəti sosial şəbəkə  üzərindən  sanki iki hissəyə bölünüb və müharibə tərəflərinə “tərəfkeşlik” edirlər.  Ən kədərlisi də odur ki, müzakirələr  müstəvisini dəyişir,   “tərəfkeşlər”  “”mollabaşlara satılmış”,    “sionistlərin xidmətçisi” və digər  sözlərlə bir-birini ittiham edir, günahkar çıxartmağa çalışırlar. 
 
Hər bir ictimai xadimin və ya siyasi simanın  əleyhdarları və tərəfdarları hər zaman var olduğu üçün  bəzi qüvvələr belə qarışıq zamanları fürsət bilir. Hədəfindəki şəxsə ləkə atmaqdan çəkinmir. Məsələn,  Azad Vətən Partiyasının  sədri Akif Nağı da bu qarışıq zamanda fürsətçillərin  hədəfinə düşdü.   2013-cü  ilin iyul ayında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının rəhbərlik etdiyi heyətin İran səfəri və orada çəkilən fotolarla  Akif Nağıya hücuma  keçildi. “İranpərəslik”də ittiham edilən partiya sədrini əsassız tənqidlərlə gözdən salmağa çalışdılar.   . Baxmayaraq ki, həmin səfərdə məqsəd İran kimi bir qonşu müsəlman dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək olmasına  çalışmaq idi, amma bədniyyətlər bu fotolardan, həyatını, gəncliyini, karyerasını, rahatlığını Qarabağın azadlığına qurban vermis  biri üçün    “qaralama kampaniyasına” bir “fakt” kimi istifadə etdilər..
 
 Əslində illər əvvəl A.Nağının İrana bir deyil, bir neçə dəfə səfər etdiyini Azərbaycan mediası diqqətlə izləyib və bu haqda  demək olar ki, bütün media orqanları  materiallar dərc edib. Aradan 13 il  keçdikdən sonra   Ermənistanın  işğal siyasətinə dolayısı ilə   haqq qazandıran  bir  ölkəyə getməsi bilməyənlər üçün bəzi suallar doğura bilər . “Akif Nağı niyə İrana səfər etdi və Azərbaycana qarşı tənqid, təhdiq mövqeyində olan nüfuzlu iranlılarla niyə görüşdü?” deyə soruşursunuzsa, onda    bu məqaləni diqqətlə oxuyun.        
 
Akif Nağı ilk öncə niyə məhz  Ermənistanı dəstəkləyən  İranı seçdi?
 
İlk öncə qeyd edək ki, İrandan əvvəl Türkiyə, Rusiya,  Gürcüstan və Avropanın bir sıra ölkələrində başda Akif Nağı olmaqla QAT-ın, Qarabağla bağlı təbliğat işləri QAT tərəfindən mütamadi olaraq aparılırdı. Bir müsəlman   dövləti olaraq, İranda da Qarabağla bağlı  təbliğat və təşviqat işlərinin aparılması  artıq günün tələbinə çevrilmişdi. Niyə? 
 
 Bu sualı da verirsinizsə, həmin dövrdə Azərbaycanın  qəsdən salınmış olduğu durumunu araşdırmaq lazımdır.   
 
Çoxu bəlkə də unudub, amma 2012-ci  il yaddaşımızda İranın Azərbaycana qarşı ən qərəzli il olması ilə qalıb. İranın Azərbaycana  qarşı qərəzi məhz həmin  il gizli-qapalı  təbliğatdan açıq müstəviyə keçdi.
 
Həmin vaxt bütün dünyada təklənmiş Azərbaycan tanınmaq üçün , gerçəkliklərin təbliğatı üçün  yollar axtardığı bir zaman idi. Xocalı harayı, Qarabağ çağırışının eşidilmədiyi çox çətin bir dönəmlərdi. Üstəlik BMT kimi nüfuzlu bir təşkilatın  Qarabağın işğalı ilə -işğalçıların ərazilərimizdən çıxması ilə bağlı  qəbul etdiyi qətnamələr  adi bir kağız parçasından seçilmirdi. Bu azmış kimi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dəstəkləyən hegemon və hegemon olmayan bir çox dövlətlər vardı ki, ac qurd kimi Qarabağda şirkətlər açmış , torpağımızın sərvətlərini talamaqla məşgul idi. Faktlara diqqət edək:“Lincy” (ABŞ), “First Dynasty Mines”, “Sterlite Gold Ltd”, “Grand Tobacco” (Kanada), “Akopian”, “Vartanian”, “Framation”, “Mak-Mak Adams”, “Pemod Richard” (Fransa), “Siemens”, “Schnieder” (Almaniya), “Simon Petrolium Technology” (Böyük Britaniya), “Zvezda” (Rusiya), “Patrex” (Portuqaliya), “Franck Muller”, “Andre Group”, “Alpoto” (İsveçrə), “Australia Nairi Ltd”, “Tida Joint Venture” (Avstraliya), “FKX” (Argentina), “Karabagh Telecom”, “Shusha” (Livan), “Thomson” (Niderland), “İntracom” (Yunanıstan) “Mc and Co” (Kipr), “Gideon Richter), (Macarıstan), “Cochrane Pond” (Kanada), “Santa Candelaria” (Çili) və s.  Ən pisi də  o idi ki,  bu dövlətlərin içərisində  dini bir qonşumuz İran da vardı.Qarabağda İrana məxsus irili-xırdalı yüzdən çox şirkət fəaliyyət göstərir, terrorçu , işğaçı ermənilərin rifah halının yaxşılaşdırılmasına yardımçı olurduar. 
 
Ümumilikdə, işğal illərində  Qarabağa 37 841 800$ investisya qoyuldu, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb oldu, həmin iş yerlərinə isə Ermənistan Livan, Suriya, Beyrut  və digər ölkələrdən erməniləri yığıb gətirirdi. Beynəlxalq təşkilatlar, hegemon dövlətlər isə  nə Azərbaycanın şikayətinə baxırdılar, nə ən adi bir  problemini həll edirdilər.

 
Əntiqə Rəşid,
Araşdırmaçı jurnalist
Seçilən
45
2
moderator.az

3Mənbələr